“Azərbaycan çempionatında ən azı 5 komanda çıxış etməlidir - Bir az çətinliklərimiz var”

23 İyul 2022 23:20 Voleybol 1 160
“Azərbaycan çempionatında ən azı 5 komanda çıxış etməlidir - Bir az çətinliklərimiz var”

“Klublar olmasa, inkişaf çox çətindir”.

Sportinfo.az xəbər verir ki, bu sölər Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayevə məxsusdur.

O, 2022/2023 mövsümündə qadınlar arasında Super Liqada komanda sayının artırıla biləcəyini istisna etməyib:

"Nazirlik, federasiya rəhbərliyi və sponsorlarla danışıqları davam etdiririk. Bu mövsüm "Azərreyl" və "Murov" avrokuboklarda iştiraklarını təsdiqləyiblər.

Azərbaycan çempionatında ən azı 5 kişi və 5 qadın komandası çıxış etməlidir. Görək, necə alınacaq. Bir az çətinliklərimiz var.

Gənc voleybolçular klublarında oynamasalar, inkişaf etməyəcəklər. Bilirsiz, Azərbaycan əvvəllər avrokuboklarda 5 komanda ilə təmsil olunub, titullar qazanıb. Çempionlar Liqasında final oynamışıq.

Həmin ənənələri qaytarmaq istəyirik. Hesab edirəm ki, bizə dəstək olacaqlar. Bu gün milli komandalar zalda məşqlərini edir.

Bəs onların oyunları qurtarandan sonra nə olacaq? Əsas məsələ bundadır".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"