"Gəldiyim gündən çalışıram ki…" - Yığmamızın hücumçusu

23 İyul 2022 01:50 Voleybol 869
"Gəldiyim gündən çalışıram ki…" - Yığmamızın hücumçusu

Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Odina Əliyeva açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan hücumçu milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışı haqda bunları deyib:

"İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam.

Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var.

Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik.

Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.

İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada