“Qarşımıza qoyulan məqsədlərə çatacağıq” – Millimizin hücumçusu

4 İyul 2022 09:40 Voleybol 987
“Qarşımıza qoyulan məqsədlərə çatacağıq” – Millimizin hücumçusu

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abdulazımova açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hücumçu Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etmək istədiklərini deyib:

“Vaşaş”ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğuna görə məşqlərə qatıla bilmədim.

Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam.

Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar.

İnanıram ki, Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti