Yığmamızın liberosu İslamiada və AVRO-2023 haqda iddialı danışdı

27 İyun 2022 02:10 Voleybol 828
Yığmamızın liberosu İslamiada və AVRO-2023 haqda iddialı danışdı

Kişilərdən ibarət Azərbaycan millisinin üzvü Kənan Allahverdiyev açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Voleybol Federasiyasının mətbuat xidmətinə danışan libero İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlıqdan söz açıb:

“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular.

May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi.

Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik. Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq.

İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq. AVRO-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq.

Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!