Yığmamızın hücumçusu: “Məqsəd yenə birinci yeri tutmaqdır”

13 İyun 2022 22:40 Voleybol 1 125
Yığmamızın hücumçusu: “Məqsəd yenə birinci yeri tutmaqdır”

Voleybol üzrə Azərbaycan millisinin hücumçusu Aynur İmanova bir neçə gündü davam edən təlim-məşq toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib:

“Hazırlığımız yüksək səviyyədə davam edir. Məşqlər sayəsində gücümüzü daha da artıracağımıza inanıram.

Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Məqsədimiz son qalib kimi uğurumuzu təkrarlamaq, yenə birinci yeri tutmaqdır.

Ardınca Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacağıq. Burada da uğurlu çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"