Millimizin sabiq hücumçusu Türkiyə klubunda

23 May 2022 14:20 Voleybol 1 708
Millimizin sabiq hücumçusu Türkiyə klubunda

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni komandası bəlli olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

Bir müddət əvvəl İtaliyanın “Kasalmaggiore” klubu ilə vidalaşan milliləşən legionerimiz “Kuzeyboru” ilə müqavilə imzalayıb. Polina 2022/23 mövsümünü Aksaray təmsilçisində keçirəcək.

Bu, Rəhimovanın Türkiyədə üçüncü klubu olacaq. O, əvvəllər “Fənərbaxça” və “Türk Hava Yolları”nın şərəfini qoruyub.

Zəngin karyeraya malik Polina “Azərreyl”, “Azəryol”, “Hyunai”, “Toyota” və “Sesi” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada