“Bu tarixi biz yazdıq” - Azərbaycan millisinin oyunçusu

17 May 2022 02:30 Voleybol 1 225
“Bu tarixi biz yazdıq” - Azərbaycan millisinin oyunçusu

“Yunanıstan çempionu titulunu qazandığımıza görə çox şadam. “Panatinaikos” 11 il idi ki, çempion adını qazana bilmirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko deyib.

Şərəfini qoruduğu “Panatinaikos”un heyətində Yunanıstan çempionu olan hücumçu qazanılan uğur barədə təəssüratlarını Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

“Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm.

Ümumiyyətlə, çempionatımız çox maraqlı oldu. Qızıl medal qazanmaq üçün çox çalışdıq. Final seriyasında “Olimpiakos” ilə 5 dəfə qarşılaşdıq.

2:2 hesablı bərabərlikdən sonra 5-ci matçda 3:1 hesabı ilə qalib gəldik. Uzun müddətdən sonra “Panatinaikos” ölkə çempionu titulunu qazandı.

Bu gözəl qələbə münasibəti ilə komanda yoldaşlarımı və klubumuzun bütün əməkdaşlarını təbrik edirəm”.

Finalda “Olimpiakos”u məğlub edən “Panatinaikos” 11 ildən sonra çempion titulunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada