Millimizin hücumçusundan “Panatinaikos”la...

16 May 2022 02:40 Voleybol 1 710
Millimizin hücumçusundan “Panatinaikos”la...

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Yunanıstan çempionu olub.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu bu uğura “Panatinaikos”un heyətində imza atıb.

Milliləşən ukraynalı oyunçumuzun şərəfini qoruduğu Afina təmsilçisi çempionluq uğrunda pley-offun taleyini 5-ci matçda həll edib.

Prinsipial rəqibi “Olimpiakos”u 3:1 (25:23, 26:28, 21:25, 22:25) hesabı ilə məğlub edən paytaxt təmsilçisi seriyada 3:2 hesablı qələbə qazanıb.

Bununla da afinalıların 11 illik çempionluq həsrəti başa çatıb. Bu müddətdə maliyyə çətinlikləri üzündən aşağı dəstəyə də yuvarlanan “Panatinaikos” tarixində 25-ci dəfə qızıl medallara yiyələnərək “Olimpiakos”un 8 illik hegemonluğuna son qoyub.

Marqaritalı “Panatinaikos” bir müddət əvvəl ölkə kubokunu da əldə edib. Çempionluğu da qazanan afinalılar “Qızıl dubl”u rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada