Yığmamızın legioneri seçildi

2 May 2022 02:20 Voleybol 1 331
Yığmamızın legioneri seçildi

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatının yeni mövsümü ərəfəsində draftın birinci mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova da seçilən oyunçular arasında yer alıb.

O, 4-cü seçim haqqına malik “Altos”un transfer siyahısına düşüb. 33 yaşlı milliləşən legioner hazırda Qazaxıstanın “Jetisu” klubunun formasını geyinir.

Rusiyalı voleybolçu 2012-ci ildən milliləşərək yığmamızın şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada