"Qazandıqlarıma görə həmişə Azərbaycana minnətdaram"

24 Aprel 2022 13:20 Voleybol 1 194
"Qazandıqlarıma görə həmişə Azərbaycana minnətdaram"

"Ukraynalı olduğum üçün fəxr edirəm, hamınızın bildiyi kimi mən Azərbaycan təmsilçisiyəm.

Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova şəxsi feysbuk hesabında yazıb.

32 yaşlı oyunçu izləyicilərini Ukrayna xalqına dəstək olmağa çağırıb:

"Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. Çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm".

Rəhimova müxtəlif vaxtlarda çox insanın onu dəstəklədiyini vurğulayıb: "Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Mübaribənin tezliklə bitməsini arzulayıram".

Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!