Bank və universitet komandaları Azərbaycan çempionatında?

16 Aprel 2022 23:40 Voleybol 1 100
Bank və universitet komandaları Azərbaycan çempionatında?

Növbəti mövsüm qadın voleybolçular arasında Azərbaycan Super Liqasında klub sayının artırılması planlaşdırılır.

Voleybol Federasiyası AVF buna nail olmaq üçün Gənclər və İdman Nazirliyi (GİN) ilə məsləhətləşmələrə başlayıb.

AVF GİN-ni öz təklifləri ilə tanış edib. Federasiyanın məqsədi nazirliyin vasitəsilə bir sıra bank və universitetləri idman bu növünə cəlb etməkdir.

Bu gün Super Liqada mövsümə yekun vurulub. XII turun ilk oyununda "Abşeron" "Murov"la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalındakı qarşılaşma "Abşeron"un 3:1 (25:21, 25:19, 19:25, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə “Azərreyl” UNEC-i 3:1 (25:18, 25:16, 16:25, 25:23) hesabı ilə üstələyib.

Mövsüm ərzində maksimum nəticə göstərən "Abşeron" 36 xalla birinci, “Azərreyl” 20 xalla ikinci, "Murov" 11 xalla üçüncü, UNEC 5 xalla dördüncü yeri tutub.

Medalçılar əvvəlki turlarda bəlli olduğundan, sonuncu tur formal xarakter daşıyıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada