Azərbaycan Avropa Liqasından uzaqlaşdırıldı

31 Mart 2022 22:40 Voleybol 6 624
Azərbaycan Avropa Liqasından uzaqlaşdırıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında oynamayacaq.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Avropa Voleybol Konfederasiyası (CEV) yarışda dəyişiklik etmək məcburiyyətində qalıb.

CEV artıq milli komandamızın adını iştirakçılar sırasından çıxarıb. Komandamızı C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Voleybolçularımızın əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.

Qadınlardan ibarət milli ilə yanaşı, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir.

Lakin CEV hələlik Azərbaycanın adını iştirakçılar sırasından silməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada