Yeni yaranan klubdan Azərbaycan çempionatında ilk

30 Mart 2022 02:30 Voleybol 732
Yeni yaranan klubdan Azərbaycan çempionatında ilk

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, XIV tur çərçivəsində iki matç baş tutub.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunub. Öncə mükafatlar uğrunda mübarizə aparan MOİK və “Murov” meydana çıxıb.

Qızıl medallara namizəd olan nominal qonaqlar rəqibini üç setdə məğlub edib. Bu qələbə “Murov”u birinci pilləyə daşıyıb.

Tura autsayderlərin görüşü ilə yekun vurulub. Bunadək xal həsrətində olan “Sərhədçi” “Ekspress”lə qarşılaşmada sensasiyaya imza atıb. Rəqibini büdrədən sərhədçilər ilk qələbəsini bayram edib.

MOİK – “Murov” - 0:3 (18:25, 23:25, 8:25)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

"Sərhədçi” – “Ekspress” - 3:1 (25:22, 27:25, 13:25, 25:23)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

1

Murov

11

10

1

31-7

933-694

29

2

Neftçi

11

9

2

30-8

914-685

28

3

MOİK

11

6

5

20-17

826-795

18

4

Ekspress

12

2

10

7-30

650-892

6

5

Sərhədçi

11

1

10

5-31

639-898

3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!