Azərbaycanda yeni yaranan klubdan daha bir…

20 Mart 2022 01:20 Voleybol 780
Azərbaycanda yeni yaranan klubdan daha bir…

Qadın voleybolçular arasında “Bahar kuboku”na yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turnirin ikinci günündə həlledici qarşılaşmalar baş tutub.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib. Öncə 3-cü yer uğrunda matç təşkil olunub. “Azərreyl” UNEC üzərində asan qələbə qazanıb – 3:0.

Finalın da taleyi üç setdə həll olunub. “Abşeron” “Murov”la görüşdə çətinlik çəkməyib. Super Liqada çempionluğu təmin edən Eldar Yusubovun yetirmələri aktivinə daha bir titul əlavə ediblər.

Yarımfinalda “Abşeron” “Azərreyl”i 3:1, “Murov” UNEC-i 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

3-cü yer uğrunda oyun
14:00. "Azərreyl" - UNEC - 3:0 (25:20, 25:14, 25:16)

AVF-in idman zalı

Final
16:00. "Abşeron" - "Murov" - 3:0 (25:23, 25:18, 25:18)
AVF-in idman zalı

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada