"Niyə gəlməsinlər? Hara gedəcəklər? - Gətirə bilsək, hər klubda 2-3 legioner yer alacaq"

17 Mart 2022 02:40 Voleybol 516
"Niyə gəlməsinlər? Hara gedəcəklər? - Gətirə bilsək, hər klubda 2-3 legioner yer alacaq"

Ukrayna, Belarus və Rusiya voleybolçuları Azərbaycanda çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev deyib.

Qarayev həmin oyunçuların Azərbaycana gəlmə ehtimalının olduğunu söyləyib:

"Niyə gəlməsinlər? Hara gedəcəklər? Amma mövqeyini bildirməlisən: Rusiya və Ukraynadan eyni komandaya oyunçu götürə bilmərsən, birini seçməlisən.

Çünki bu iki ölkənin idmançıları birlikdə oynamazlar. Görürsünüzmü ukraynalı məşqçilər və futbolçular Rusiyanı necə tərk edirlər"?

Təcürbəli mütəxəssisin fikrincə, bu ölkələrdən voleybolçuları komandalara cəlb etmək mümkün olarsa, gələn ildən hər klubda 2-3 legioner yer ala bilər:

"Xaricdəki oyunçularımız və ölkələri sanksiyaya məruz qalmış belaruslu və rusiyalı, həmçinin ukraynalı oyunçularla danışıqlar aparıb gətirə bilsək, hər klubda 2-3 legioner yer alacaq. Bunu müsbət hal saymaq olar".

Digər Xəbərlər
Xəbər Lenti