Azərbaycan yığması Türkiyə ilə eyni qrupa düşdü

12 Mart 2022 14:40 Voleybol 1 105
Azərbaycan yığması Türkiyə ilə eyni qrupa düşdü

Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb.

Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya ilə birgə D qrupunda yer alacaq.

Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.

Xəbər Lenti