“Neftçi”nin “Ekspress” uğuru

12 Mart 2022 03:00 Voleybol 829
“Neftçi”nin “Ekspress” uğuru

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da çempionatda II dövrəyə yekun vurulub.

Dövrənin son qarşılaşmaları “Murov” voleybol klubunun idman zalında baş tutub. Öncə meydana liderlə autsayder çıxıb.

“Murov” “Sərhədçi”ni üç setdə məğlub edərək liderliyini qoruyub. Turun digər qarşılaşması da üç hissədən ibarət olub.

“Neftçi” də “Ekspress” üzərində asan qələbə qazanıb. Bu qələbədən sonra “ağ-qaralar” mövsümün ilk yarısını liderdən bir xal geridə tamamlayıb.

X tur
“Sərhədçi” - “Murov” – 0:3 (13:25, 13:25, 10:25)

“Murov” voleybol klubunun idman zalı

“Neftçi” - “Ekspress” – 3:0 (25:15, 25:9, 25:13)
“Murov” voleybol klubunun idman zalı

1

Murov

8

7

1

22-6

685-534

20

2

Neftçi

8

6

2

21-7

667-529

19

3

MOİK

8

5

3

16-11

619-580

15

4

Ekspress

8

2

6

6-18

434-577

6

5

Sərhədçi

8

0

8

1-24

445-630

0

Digər Xəbərlər
Xəbər Lenti