Bu komanda Azərbaycanda ilk dəfə… FOTO

2 Mart 2022 02:00 Voleybol 548
Bu komanda Azərbaycanda ilk dəfə… FOTO

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının çempionu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, çempionatın qızıl medalını “Abşeron” qazanıb.

Eldar Yusubovun yetirmələri bu titulu Super Liqanın III dövrəsinin son – təxirə salınmış VIII turunda təmin edib.

Günün ilk matçında “Azərreyl”ı sınağa çəkən abşeronlular bu qarşılaşmada da qələbə qazanıblar – 3:0 (25:16, 25:21, 25:16).

Voleybol üzrə Azərbaycan Super Liqasında çempion bəlli olub

İlk 8 oyunda da xal itirməyən Yusubovun komandası ən yaxın izləyicisi üzərindəki bu qələbədən sonra hesabını 27 xala çatdırıb. “Azərreyl”dən 13 xal uzaqlaşan “Abşeron” rəqibləri üçün əlçatmaz olub.

Mövsümün sonuncu – IV dövrənin üç turunu çempionluq baxımından formallığa çevirən Bakı təmsilçisi tarixində ilk dəfə qızıl medallara yiyələnib.

“Abşeron” bu titula sahib çıxan 3-cü komandadır. Bunadək yalnız “Rabitə” və “Azərreyl” çempion adını əldə edib.

Gümüş və bürünc mükafatçının adına son dövrədə aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"