Məşhur Yunanıstan klubu Azərbaycan millisinin oyunçusuna dəstək oldu - FOTO

1 Mart 2022 02:50 Voleybol 1 472
Məşhur Yunanıstan klubu Azərbaycan millisinin oyunçusuna dəstək oldu - FOTO

Yunanıstanın "Panatinaikos" klubunda çıxış edən Azərbaycan millisinin Ukrayna əsilli voleybolçusu Marqarita Stepanenko AEK-lə qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməyib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı oyunçunun komanda yoldaşları və azarkeşlər Ukraynadakı ailəsinə görən narahat olan Stepanenkoya dəstək olublar.

Fanatlar 3:1 hesabı ilə qalib gəldikləri görüşdə tribunada voleybolçu üçün "Müharibəni dayandırın, Marqarita, möhkəm ol" pankartı açıblar.

"Panatinaikos"un niderlandlı voleybolçusu Maret Qrotyus sosial şəbəkə vasitəsi ilə də komanda yoldaşına dəstək olub.

Stepanenkonun fotosunu yayımlayan 34 yaşlı oyunçu bu günlərdə baş verənləri təsəvvür edə bilmədiyini bildirib: "Bu foto dünən, oyun zamanı çəkilib. O, çox güclü insandır və bir çoxları üçün gözəl nümunədir".

Yunanıstan klubu Azərbaycan millisinin ukraynalı voleybolçusuna dəstək olub

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"