Ordu klubu vahid lider oldu, “Neftçi” 3-cü pilləyə endi

18 Fevral 2022 03:00 Voleybol 527
Ordu klubu vahid lider oldu, “Neftçi” 3-cü pilləyə endi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, VI turun qarşılaşmaları ilə ikinci dövrəyə start verilib.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunub. Öncə çempionatın liderləri “Neftçi” və “Murov” qarşılaşıblar.

Gərgin keçən matçın qalibi tay-brekdə bəlli olub. “Neftçi” ilk 2 hissəni qazansa da, yekunda məğlub olub.

Eyni xala malik MOİK asan qələbə qazanıb. Ordu klubu “Sərhədçi”yə 3:1 hesabı ilə qalib gəlməklə vahid liderliyə yüksəlib.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçirilib.

“Neftçi” - “Murov” - 2:3 (25:23,29:27, 15:25, 23:25, 10:15)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

MOİK - “Sərhədçi” - 3:1 (25:21, 23:25, 25:12, 25:18)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

1

MOİK

5

4

1

13-5

434-375

12

2

Murov

5

4

1

13-6

457-382

11

3

Neftçi

5

3

2

12-7

442-396

10

4

Ekspress

4

1

3

3-9

217-294

3

5

Sərhədçi

5

0

5

1-15

298-401

0

Xəbər Lenti