Azərbaycan yığmaları irəli getdi - İslandiya və Kiprin hesabına

17 Fevral 2022 02:10 Voleybol 5 090
Azərbaycan yığmaları irəli getdi - İslandiya və Kiprin hesabına

Voleybol yığmalarının Avropa reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının mövqeyi bəlli olub.

Hər iki komandamız ötən cədvəllə müqayisədə irəliləyib. Kişi voleybolçularımız 96 xalla 28-ci sırada qərarlaşıb.

Yığmamız 2021-ci ildə heç bir matç keçirmədikləri üçün hərəyə 50 xal cərimələnən İslandiya, Kipr və Moldovanı arxada qoyub.

89 xala malik qadın yığmamız da 28-ci sıraya qədər irəliləyib. Komandamız aktivindən 50 xal silinən Kipr, İslandiya və Albaniyanı keçib.

Polşa 345 xalla kişilərin, Serbiya 366 xalla qadınların reytinqində birincidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada