Azərbaycan Super Liqasında nələr baş verir?

10 Fevral 2022 02:00 Voleybol 424
Azərbaycan Super Liqasında nələr baş verir?

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, V tur çərçivəsində iki matç baş tutub.

Turun mərkəzi görüşündə liderlər üz-üzə gəlib. Bütün matçlarda qalib gələn “Abşeron” ən yaxın izləyicisi “Azərreyl”lə qarşılaşmada yenə də xal itirməyib.

Lider 4 set davam edən görüşdən qalib ayrılıb.

Günə autsayderlərin qarşılaşması ilə yekun vurulub. Hərəyə bir qələbə qazanan “Murov”la UNEC-in dueli üç set davam edib. Nominal meydan sahibləri quru hesabla qalib gəliblər.

Növbəti matçlar fevralın 11-də keçiriləcək.

V tur
16:00. “Abşeron” - “Azərreyl” - 3:1 (25:14, 25:17, 22:25, 25:21)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Murov” – UNEC - 3:0 (25:22, 25:16, 25:17)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

5

5

0

15-2

421-301

15

2

Azərreyl

5

2

3

9-10

419-419

7

3

Murov

5

2

3

8-12

406-414

6

4

UNEC

5

1

4

5-14

331-443

2

Digər Xəbərlər
Xəbər Lenti