Millimizin QIZIL təqvimi

7 Fevral 2022 03:00 Voleybol 665
Millimizin QIZIL təqvimi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının oyunlarından beşinin vaxtı bəlli olub.

Millimiz 2022-ci ildə keçiriləcək turnirə mayın 25-də başlayacaq. C qrupunda yığmamızın yalnız Rumıniya ilə səfər görüşünün yeri və vaxtı dəqiqləşməyib.
1-ci tur, 25 may

18:30. Azərbaycan – Ukrayna
Bakı İdman Sarayı
2-ci tur, 28 may

19:00. Ukrayna – Azərbaycan
Zaporojye. “Yunost” İdman Sarayı
3-cü tur, 1 iyun

18:00. Azərbaycan – Rumıniya
Bakı İdman Sarayı
4-cü tur, 4-5 iyun

Rumıniya – Azərbaycan
5-ci tur, 8 iyun

18:00. Azərbaycan – Macarıstan
Bakı İdman Sarayı

6-cı tur, 12 iyun

21:00. Macarıstan – Azərbaycan
Miskolç. DVTK İdman Sarayı

Qrup mərhələsinin qalibləri “Dördlər finalı”na yüksələcək. Həlledici raundun ev sahibi olacaq Ukrayna 1-ci yeri tutsa, ikinci pillədə qərarlaşan komanda medallar uğrunda mübarizə aparacaq.

Xəbər Lenti