“Neftçi” lider oldu

4 Fevral 2022 02:10 Voleybol 530
“Neftçi” lider oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, IV tur çərçivəsində bir matç baş tutub.

Buna MOİK – “Sərhədçi” görüşünün təxirə salınması səbəb olub. Nominal qonaqların baş məşqçisi və oyunçusunun testi müsbət nəticələndiyindən bütün komanda karantinə alınıb.

Bu üzdən turun yalnız bir görüşü keçirilib. “Murov” ilə “Neftçi” üz-üzə gəlib. “Murov” Voleybol Klubunun təlim-məşq bazasında təşkil olunan matçda "Neftçi" inamlı qələbəyə sevinib.

"Murov"un gücü yalnız bir seti qazanmağa çatıb. İkinci qələbəsini qazanan "Neftçi" turnir cədvəlinin liderliyini ələ keçirib.

IV tur, 2 fevral
“Murov” – “Neftçi” - 1:3 (29:31, 25:23, 16:25, 20:25)

“Murov” Voleybol Klubunun təlim-məşq bazası
MOİK – “Sərhədçi” – təxirə salınıb

1

Neftçi

3

2

1

7-4

265-237

6

2

Murov

2

1

1

4-4

192-188

3

3

MOİK

2

1

1

4-4

185-188

3

4

Exspress

2

1

1

3-3

123-144

3

5

Sərhədçi

1

0

1

0-3

69-77

0

Xəbər Lenti