Azərbaycan klubunun baş məşqçisi və oyunçusu koronavirusa yoluxdu

2 Fevral 2022 00:50 Voleybol 571
Azərbaycan klubunun baş məşqçisi və oyunçusu koronavirusa yoluxdu

Kişilərdən ibarət “Sərhədçi” komandasının baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırov COVID-19 virusuna yoluxub.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar klub rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Müraciətdə hər iki şəxsin məşq prosesində komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin “Murov”la oyunları başqa tarixə dəyişdirilməsi xahiş edilib.

Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!