Azərbaycan klubu matça baş məşqçisiz çıxdı

27 Yanvar 2022 02:10 Voleybol 484
Azərbaycan klubu matça baş məşqçisiz çıxdı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun matçları keçirilib.

Sportinfo.az xəbər verir ki, hava şəraiti ilə bağlı təxirə salınan oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

I dövrənin son oyun gününün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gəlib.

Nominal qonaqlar matça baş məşqçisiz çıxıb. Komandanın çalışdırıcısı Eldar Yusubov oyunda iştirak etməyib.

Buna səbəb təcrübəli mütəxəssisin anasının vəfatıdır. Onun yoxluğunda “Abşeron”a Mixail Solovyov rəhbərlik edib.

Liderlərin duelində asan qələbə qazanan Eldar Yusubovun yetirmələri dövrənin qalibi olmaqla yanaşı, çempionatın vahid liderinə çevrilib.

UNEC “Murov”u sınağa çəkib. Autsayderlərun mübarizəsində "tələbələr" qələbə qazanıb.

Onlar tay-brekdə qalib gəlməklə, həm xal hesabını açıblar, həm də 3-cü pillədəki yerlərini möhkəmlədiblər. “Murov” da 2 set hesabına 1 xala sevinsə də, dövrəni son pillədə başa vurub.

“Azərreyl” - “Abşeron” - 0:3 (19:25, 22:25, 17:25)
AVF-nin idman zalı

18:00. UNEC - “Murov” - 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10)
AVF-nin idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

3

3

0

9-0

226-162

9

2

Azərreyl

3

2

1

6-4

229-208

6

3

UNEC

3

1

2

4-8

214-270

2

4

Murov

3

0

3

2-9

217-246

1

Digər Xəbərlər
Xəbər Lenti