Sanksiya tətbiq edildi: Azərbaycan millilərinin qazancı nə oldu?

25 Yanvar 2022 02:30 Voleybol 1 336
Sanksiya tətbiq edildi: Azərbaycan millilərinin qazancı nə oldu?

Voleybol üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilər və qadınlardan ibarət yığmalarının da mövqeyi bəlli olub.

Qadın millimiz 94 xalla dünyanın 42-ci komandasıdır. Voleybolçularımız ötən reytinqlə müqayisədə 10 pillə irəliləyib.

Xal hesabı dəyişməyən yığmanın bu sıçrayışı Beynəlxalq Voleybol Federasiyasının (FİVB) sanksiyaları sayəsində mümkün olub.

Qurum bir sıra yığmaların aktivindən 50 xal silib. Cəzalananlardan Venesuela, Əlcəzair, Avstraliya, Misir, Kipr kimi ölkələr millimizdən geri düşüb.

Cədvəlin ilk pilləsində ABŞ yer alıb – 385 xal. Braziliya 366 xalla ikinci, Çin 350 xalla üçüncüdür.

Kişi voleybolçularımız da eyni səbəbdən irəliləyib. 96 xala malik yığmamız 51-ci yerə yüksəlib.

Komandamız sanksiyalar sayəsində 5 pillə irəliləyib. Siyahıya 399 xala malik Braziliya başçılıq edir. Polşanın 384, Rusiyanın 352 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada