Azərbaycan Super Liqasında təxirə salınmış oyunların vaxtı

24 Yanvar 2022 15:40 Voleybol 855
Azərbaycan Super Liqasında təxirə salınmış oyunların vaxtı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.

Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada