"Yeni yaradılmış klublara maliyyə yardımı etmək istəyirik”

11 Yanvar 2022 23:20 Voleybol 724
"Yeni yaradılmış klublara maliyyə yardımı etmək istəyirik”

Azərbaycan Voleybol Federasiyası ölkə çempionatlarında I və II turlar arasında intervalın çox olmasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a federasiyanın baş katibi Fərid Xəlilov açıqlamasında bildirib.

O, növbəti qarşılaşmaların yanvarın 14-də gerçəkləşəcəyini bildirib:

"Yeni yaradılmış müəyyən klublar var ki, onlara maliyyə yardımı etmək istəyirik. Bu klubların maliyyə sıxıntıları olduğundan, mədaxilləri müəyyən qrafikə uyğun gəlir.

Ona görə də komandalarını vaxtında forma ilə təmin edə bilmədilər. Həmçinin zədəliləri oldu. Belə etdik ki, onlara da çətin olmasın".

Xəlilov “Azerreyl”in 2 oyunçusunun sıradan çıxdığını xatırladıb: "Biri koronavirusa görə karantinə alınmışdı.

Əsas heyətin bir neçə üzvü oynaya bilmədiyi üçün I turla II tur arasındakı vaxtı uzatdıq ki, onlar da özlərinə gəlsin və çempionat davam etsin”.

Kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti