”Bu klub o səviyyəyə qalxacaq, inanmaq və irəli getmək lazımdır”

9 Yanvar 2022 13:40 Voleybol 1 578
”Bu klub o səviyyəyə qalxacaq, inanmaq və irəli getmək lazımdır”

“Voleybola dəstək verdiyinizə görə bu kluba təşəkkür edirəm“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov deyib.

O, “Sərhədçi”yə prezident təyin olunan Firdovsi Umudovu təbrik edib və bu təyinatın klubun gələcəyinə müsbət təsir edəcəyini vurğulayıb:

“Sərhədçi” mənə doğmadır. “Rabitə” voleybol klubunun Çempionlar Liqası oyunları burada keçirilirdi. Burada çox güclü rəqiblərə qalib gəlmişik.

Sevindirici haldır ki, Umudov bu kluba prezident təyin edilib. Ona uğurlar arzulayıram. Ümid edirəm ki, “Sərhədçi” “Rabitə” səviyyəsinə qalxacaq.

İnanmaq və irəli getmək lazımdır. Firdovsi müəllim, Elşən müəllim bu növü sevən adamlardır.

Onlar uğur qazanacaqlar. General-polkovnik Elçin Quliyevə də təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada