Millilərimiz 6-cı “onluq”da

4 Yanvar 2022 00:50 Voleybol 728
Millilərimiz 6-cı “onluq”da

Voleybol üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilər və qadınlardan ibarət yığmalarının da 2022-ci ilin ilk sıralamasındakı mövqeyi bəlli olub.

Hər iki komandamız FİVB reytinqinin 6-cı “onluğ”unda qərarlaşıb.

Kişi voleybolçularımız planetin 56-cı komandasıdır. 96 xala malik yığmamız ötən cədvəldəki mövqeyini qoruyub.

Siyahıya 399 xala malik Braziliya başçılıq edir. Polşanın 384, Rusiyanın 352 xalı var. Qadın millimizin aktivində 94 xal var. Komandamız dünyada 52-ci sırada qalıb.

Cədvəlin ilk pilləsində ABŞ yer alıb – 379 xal. Braziliya 366 xalla ikinci, Çin 360 xalla üçüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!