Azərbaycan millisinin oyunçusu ilə yolları ayırdılar - Makedoniya klubu

3 Yanvar 2022 13:20 Voleybol 1 780
Azərbaycan millisinin oyunçusu ilə yolları ayırdılar - Makedoniya klubu

Şimali Makedoniyanın "Vardar" klubu Azərbaycan millisinin voleybolçusu Roman Qurski ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Skopye təmsilçisi Qurskiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Roman Qurski mövsümün əvvəlində "Vardar"la 1 illik müqavilə imzalamışdı. O, 2018/2019 mövsümündə Azərbaycanda MOİK, 2019/2020 mövsümündə isə “Azərreyl”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada