Klubların şəraiti düzələcək - "Federasiya hazırda bu plan üzərində işləyir"

29 Dekabr 2021 14:20 Voleybol 698
Klubların şəraiti düzələcək - "Federasiya hazırda bu plan üzərində işləyir"

"Tələbimiz odur ki, komandalar gündə 4-5 saat məşq etsinlər".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə məxsusdur.

62 yaşlı mütəxəssis ölkə çempionatlarında kifayət qədər gənc oyunçuların olduğunu vurğulayıb:

"Amma bunun üçün onlara zallar lazımdır. Komandalara istənilən şərait yaradılmalıdır. Federasiya hazırda bu plan üzərində işləyir".

Vitse-prezident inventar cəhətdən heç bir problemin olmadığını qeyd edib: "Murov"un Biləcəridəki idman zalı təmir olunub. Federasiyadakı zalı görmüsüz.

“Sərhədçi” klubunun rəhbərliyi ilə geniş formatda görüş keçirilib. Onlar da bizə hər şəraiti yaradır. Bu gün 4 zal azərbaycanlı voleybolçuların məşqləri üçün hazırdır".

Xəbər Lenti