Yeni prezident: “Komanda ilə bağlı böyük planlarımız var“

29 Dekabr 2021 11:20 Voleybol 1 132
Yeni prezident: “Komanda ilə bağlı böyük planlarımız var“

“Hər kəsə təşəkkür edirəm, mənə göstərilən etimada görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdaram“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sərhədçi“ İdman Klubuna prezident təyin olunan Firdovsi Umudova məxsusdur.

O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib:

“Komanda ilə bağlı böyük planlarımız var.Əvvəllər böyük uğurlarımız əsasən təkbətək idman növlərində daha çox idisə, sonra komanda idman növlərində də böyük nailiyyətlər əldə edildi.

“Azərreyl”, “Rabitə”, “Qarabağ” klublarının böyük uğurları və onları ölkə başçısı cənab İlham Əliyevin qəbul etməsinin timsalında idmana dövlət qayğısının necə yüksək olması kimsəyə sirr deyil".

Xəbər Lenti