"Elçin Quliyevlə Cavid Qurbanov arasındakı müzakirələrdən sonra..."

28 Dekabr 2021 00:50 Voleybol 1 067
"Elçin Quliyevlə Cavid Qurbanov arasındakı müzakirələrdən sonra..."

“Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan "Sərhədçi" İdman-Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib. Mirzəev bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib:

"DSX rəisi, general-polkovnik Elçin Quliyevlə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov arasındakı müzakirələrdən sonra belə qərar verildi ki, “Sərhədçi” voleybol klubu ölkə çempionatında mübarizə aparsın.

Elçin Quliyevlə də Firdovsi Umudovun klub prezidenti olmasını müzakirə etdik və o, bunun yaxşı təyinat olduğunu bildirdi. Umudov idmana yad adam deyil.

Hər zaman hər probleminizi ona deyə bilərsiniz. O, daim sizin yanınızda olacaq.

Bizim məqsədimiz gənc idmançılara dəstək olmaq, onları yetişdirib ölkəyə idmançı bəxş etməkdir. “Sərhədçi” daim ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!