Yeni baş katib gəldi - FOTO

25 Dekabr 2021 01:50 Voleybol 854
Yeni baş katib gəldi - FOTO

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.

Sportinfo.az xəbər verir ki, Fərid Xəlilov Azərbaycan voleybolsevərlərinə tanış simadır.

2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti vəzifəsini icra edən Xəlilovun Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib.

Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.

Xəbər Lenti