Azərbaycan yığmasının hücumçusu İndoneziya klubunda

24 Dekabr 2021 23:20 Voleybol 1 692
Azərbaycan yığmasının hücumçusu İndoneziya klubunda

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını yenidən İndoneziyada davam etdirəcək.

O, “Cakarta Elektrik”lə müqavilə imzalayıb. Odina 2021/22 mövsümünün sonunadək bu klubda çıxış edəcək.

Voleybolçumuz karyerasında ikinci dəfə İndoneziyada oynayacaq. O, 2020-ci ili “Cakarta Pertamina Energi”də keçirib.

Yayda Braziliyanın “Sesi” klubuna keçən Əliyeva mövsümün ilk yarısında Cənubi Amerika təmsilçisinə məxsus olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada