"Bağlanmış klubların yenidən fəaliyyətə başlamasını istəyirik" - VİTSE-PREZİDENT

19 Dekabr 2021 13:40 Voleybol 1 985
"Bağlanmış klubların yenidən fəaliyyətə başlamasını istəyirik" - VİTSE-PREZİDENT

"Plana əsasən, gələn il çempionatlarda 8 kişi və 8 qadın komandası görmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bu açıqlama Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə məxsusdur.

O, bundan sonra yeni klubların çempionata qatılacağına inandığını deyib:

"Bağlanmış klubların yenidən fəaliyyətə başlamasını istəyirik. Görürsüz, nə qədər potensiallı uşaqlar var.

Cəlilabaddan 1,95 - 1,96 m boyunda 5 oyunçu gətirmişik. Məndə olan məlumata görə, Şəkidə boyu 2 metrdən yüksək olan 3 voleybolçu var.

Onlar təcili Bakıya gəlməlidir. Həmin voleybolçulara şərait yaratmalıyıq.

Federasiya bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokuboklarda görmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada