Azərbaycanda Super Liqa 4, Yüksək Liqa 5 klubla başladı

18 Dekabr 2021 02:00 Voleybol 819
Azərbaycanda Super Liqa 4, Yüksək Liqa 5 klubla başladı

Voleybol üzrə Azərbaycan çempionatının 2021/2022 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın açılış oyunu qadın voleybolçuların mübarizə apardığı Super Liqada baş tutub.

İlk matçda “Abşeron” “Murov”u qəbul edib. Qarşılaşma Eldar Yusubovun yetirmələrinin asan qələbəsi ilə başa çatıb. “Abşeron” rəqibini “quru hesab”la məğlub edib.

Ardınca kişilər arasında Yüksək Liqada MOİK “Neftçi” ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

17dekabr

Super Liqa
I tur
“Abşeron” – “Murov” – 3:0 (25:8, 25:23, 26:24)

Yüksək Liqa
I tur
MOİK – “Neftçi” – 3:1 (25:19, 26:28, 25:23, 25:16)

Super Liqada 4, Yüksək Liqada 5 komanda mübarizə aparacaq. Kişi voleybolçular 4 dövrədə yarışacaqlar.

Yüksək Liqada “Neftçi”, “Murov”, MOİK, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

6 dövrədən ibarət olacaq Super Liqada “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC qalibin adını müəyyənləşdirəcək. Liqaların ən güclüsü qələbə sayına əsasən bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti