Cavid Qurbanov Azərbaycan çempionatını bərpa etdi

16 Dekabr 2021 01:00 Voleybol 1 419
Cavid Qurbanov Azərbaycan çempionatını bərpa etdi

Dekabr 17-də voleybol üzrə Azərbaycan çempionatının 2021/22 mövsümünə start veriləcək.

Sportinfo.az xəbər verir ki, mövsüm qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start götürəcək. Bu görüş saat 16:00-da başlayacaq.

Ardınca kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan öncə çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.

Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi”, “Murov”, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Dekabrda qadınlar və kişi voleybolçular arasında 1-ci liqa yarışlarına da start veriləcək.

Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmiryolları” ASC-nin rəhbəri Cavid Qurbanovdur. O, noyabrın 26-da yenidən AVF-nin prezidenti seçilib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"