Yığmamız Macarıstan, Rumıniya və Ukrayna ilə eyni qrupda

10 Dekabr 2021 02:50 Voleybol 903
Yığmamız Macarıstan, Rumıniya və Ukrayna ilə eyni qrupda

Voleybol üzrə Avropa Liqasının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının 2022-ci ildəki turnirdəki rəqibləri bəlli olub.

Qadın millimiz Qızıl Avropa Liqasında mübarizə aparacaq. Yığmamız C qrupunda yer alıb. Voleybolçularımız Ukrayna, Macarıstan və Rumıniya ilə oyunlarda qüvvəsini sınayacaq.

Yığmamız mükafatlar uğrunda mübarizə aparmaq üçün qrup qalibi olmalıdır. İki dövrəlik dairəvi sistemli qrup mərhələsindən sonra 1-ci yer tutanlar və meydan sahibi “Dördlər finalı”nda yarışacaq.

Meydan sahibi qrupunda qalib olarsa, ikinci yer həlledici raundda oynayacaq. Qadınların yarışında turnirə Ukrayna ev sahibliyi edəcəyindən millimiz bu rəqibdən sonra qrup ikincisi də ola bilər.

Kişi voleybolçularımız Gümüş Avropa Liqasında çıxış edəcək. Komandamız B qrupunda Macarıstan və Finlandiya ilə mübarizə aparacaq.

Burada iki qrupda keçiriləcək mərhələdən sonra Macarıstan “Dördlər finalı”nı qəbul edəcək.

Yarışa 2022-ci il mayın 25-də start veriləcək.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"