COP29

"Azərbaycana həmişə minnətdar olacam" - Millimizi seçən ukraynalı

21 Avqust 2023 02:20 Voleybol 1 089
"Azərbaycana həmişə minnətdar olacam" - Millimizi seçən ukraynalı

"Hamınızın bildiyi kimi mən Azərbaycan təmsilçisiyəm.

Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" hesabında yazıb.

32 yaşlı idmançı izləyicilərini Ukrayna xalqına dəstək olmağa çağırıb:

"Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. Çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm".

Rəhimova ötən dönəmdə çox insanın onu dəstəklədiyini vurğulayıb:

"Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Mübaribənin tezliklə bitməsini arzulayıram".

Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!