Azərbaycanda klub prezidenti vəzifəsindən istefa verdi, baş katib oldu - VİDEO

5 Dekabr 2021 02:40 Voleybol 1 699
Azərbaycanda klub prezidenti vəzifəsindən istefa verdi, baş katib oldu - VİDEO

Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi. O, vəzifəsindən ayrıldığını göstərən video paylaşıb.

Yaxın günlərdə bu təyinatın rəsmi şəkildə açıqlanması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada