Azərbaycanda daha bir tanınmış məmur federasiya prezidenti postundan gedir

24 Noyabr 2021 23:00 Voleybol 1 378
Azərbaycanda daha bir tanınmış məmur federasiya prezidenti postundan gedir

Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında yeni mövsüm dekabrın əvvəllərində start götürəcək.

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi bununla bağlı fəaliyyətə başlayıb. Artıq bir sıra klublar məşqlərini bərpa edib.

Hələlik çempionatda iştirak edəcək komandaların adlarına tam aydınlıq gəlməyib. Lakin "Murov"un həm qadınlar, həm də kişilərin yarışında təmsil olunacağı dəqiqdir.

Digər klublara gəldikdə, "Azərreyl" və "Abşeron" qadınlar, "Ekspress" və MOİK kişilər arasında mübarizə aparacaq.

Hazırda digər komandaların, xüsusən, regionların da Azərbaycan çempionatında təmsil olunmaları istiqamətində işlər görülür.

Oyunların əksəriyyəti AVF-in idman zalında və "Murov" Voleybol Klubunun İdman Bazasında keçiriləcək. Bununla yanaşı, bəzi qarşılaşmaların Bakı İdman Sarayında və regionlarda təşkili müzakirə olunur.

Federasiya rəhbərliyi 2022/2023 mövsümündən Azərbaycanın yenidən avrokuboklarda təmsil olunmasını hədəfləyib.

Sonuncu dəfə ölkə çempionatı 2019/2020 mövsümündə keçirilib. Arada bu qədər fasilənin yaranması həm pandemiya, həm də maliyyə çatışmazlığı ilə bağlıdır. AVF indi bütün klubları maliyyələşdirmək iqtidarında deyil.

Hətta “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun yaxın vaxtlarda federasiya prezidenti postundan gedəcəyi gözlənilir.

Yaxınlarda cüdo və qılıncoynatma federastyalarında olduğu kimi, AVF-də də islahatların aparılması nəzərdə tutulur. Bununla bağlı idmana aidiyyatlı müvafiq qurumlar arasında məsləhətləşmələr aparılır.

Burada əsas müzakirə mövzusu Qurbanovu kimin əvəzləyəcəyidir ki, adı namizəd olaraq göstərilən bir neçə məmur arasında seçimin dekabrda açıqlanması ehtimal olunur.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı