"Başladığım işi yekunlaşdırmaq üçün geri dönməli olduğumu hiss etdim“

21 Noyabr 2021 21:20 Voleybol 525
"Başladığım işi yekunlaşdırmaq üçün geri dönməli olduğumu hiss etdim“

“İtaliyada başladığım işi yekunlaşdırmaq üçün geri dönməli olduğumu hiss etdim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovaya məxsusdur.

31 yaşlı hücumçunun yeni klubu bəlli olub - karyerasını İtaliyada davam etdirəcək. O, A seriyası təmsilçisi “Kasalmaggiore” ilə 1 mövsümlük müqavilə imzalayıb.

Polina son 2 mövsümü Braziliyada - “Sesi Bauru”da keçirib. Hücumçu köhnə-yeni komandasında 71 nömrəli formanı geyinəcək.

Rəhimova 2018-2019 mövsümündə şərəfini qoruduğu komandaya qayıtdığı üçün xoşbəxt olduğunu açıqlayıb: ”Mən əlimdən gələni əsirgəməmək üçün buradayam”.

Xəbər Lenti