Azərbaycan yığmalarının daha 5 oyunçusu legioner həyatı yaşayacaq

21 Noyabr 2021 00:56 Voleybol 1 056
Azərbaycan yığmalarının daha 5 oyunçusu legioner həyatı yaşayacaq

Azərbaycanın daha 5 voleybolçusu 2021/22 mövsümündə legioner həyatı yaşayacaq.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, kişilərdən ibarət yığmanın iki, qadın millimizin üç üzvü özünə yeni komanda tapıb.

Təmsilçilərimizdən üçü İsrail çempionatında çıxış edəcək. Andrey Vasilenko “Hapoel İroni” (Kiryat Ata) klubunun formasını geyinəcək.

Xanım voleybolçularımızdan Yana Doroşenko “Makkabi İroni Hadera”nın, Larisa Smeltsova “Eilaboun””un şərəfini qoruyacaq.

Onların yığmadakı komanda yoldaşı Mariya Kirilyuk Rusiyaya üz tutub. O, Nijni-Novqorod təmsilçisi “Sparta”nın uğurları üçün çalışacaq.

Kipr çempionatında oynamaq imkanı qazanan Tural Həsənli “AE Karava Lmbousa” klubu ilə müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!