Millimizin məşqçisi Türkiyə yığmasına meneceri təyin edildi

13 Noyabr 2021 00:50 Voleybol 969
Millimizin məşqçisi Türkiyə yığmasına meneceri təyin edildi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Onat Kurtun yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.

Kurt Türkiyənin kişilərdən ibarət voleybol yığmasında fəaliyyət göstərəcək. Türkiyə Voleybol Federasiyası ilə anlaşan mütəxəssis “ay-ulduzlular”ın meneceri təyin edilib.

Millimizin sabiq voleybolçusu Oksana Kurtun həyat yoldaşı olan mütəxəssis son 9 ili ölkəmizdə çalışıb. O, Azərbaycan Voleybol Federasiyası, qadınlardan ibarət yığma və “Azərreyl” klubunda müxtəlif vəzifələrdə işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada