Yığmamız Finlandiya və Boliviyanın səviyyəsinə düşdü

7 Noyabr 2021 02:50 Voleybol 1 163
Yığmamız Finlandiya və Boliviyanın səviyyəsinə düşdü

Voleybol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, FİVB-in siyahılarında Azərbaycan yığmaları da yer alıb.

Qadınlardan ibarət millimiz 113 xalla dünyanın 52-ci komandasıdır. Yığmamız eyni xala malik olduğu Finlandiya və Boliviyadan əlavə göstəricilərdə geri qalır.

Cədvələ ABŞ (379), Braziliya (366) və Çin (350) milliləri başçılıq edir.

Kişi voleybolçularımız 96 xalla 56-cıdır. Eyni xala malik Danimarka 57-ci sırada yer alıb.

Siyahının ilk üç pilləsində Braziliya (399), Polşa (384) və Rusiya (352) komandaları qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada