Yığmamızın oyunçusu Yunanıstan klubu ilə müqavilə imzaladı

24 Oktyabr 2021 00:56 Voleybol 753
Yığmamızın oyunçusu Yunanıstan klubu ilə müqavilə imzaladı

Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı toppaylayıcı Yunanıstanın “Porfiras” klubu ilə müqaviləni rəsmiləşdirib.

O, A1 təmsilçisi ilə 1 illik anlaşıb. Alışanova artıq Yunanıstan çempionatında debüt də edib. Voleybolçumuzun komandası “Lamia”nın qonağı olub və 1:3 hesablı məğlubiyyətə üzülüb.

Şəfaqət Macarıstan və Polşada da legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti