İdman naziri federasiyanın vəziyyətini öyrəndi - FOTOLAR

9 Oktyabr 2021 01:10 Voleybol 696
İdman naziri federasiyanın vəziyyətini öyrəndi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, F.Qayıbov yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.

Nazir Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.

Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!